Qəbələdə ağac avtomobilin üzərinə aşıb, bir nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Qəbələ şəhərində irigövdəli ağacın avtomobilin üzərinə aşması və nəticədə avtomobil yolunun bağlanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə avtomobilin üzərinə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ rayonu, Zarağan kəndində güclü külək səbəbindən avtomobillərin üzərinə aşmış obyektin damı ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülərək yolda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Oxşar xəbərlər
Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb - FOTO
Naxçıvanda top mərmisi tapılıb
Ordubadda top mərmisi tapılıb - FOTO
Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
