Naxçıvanda top mərmisi tapılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda top mərmisi tapılıb


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-nın yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 120 mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Oxşar xəbərlər

Qaraçuxur qəsəbəsində qumbara aşkarlanıb - FOTO
Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkarlanıb - VİDEO
Nərimanov rayonunda qumbara və mərmi tapılıb - VİDEO
Naxçıvanda 1,5 hektar taxıl sahəsi yanıb - VİDEO
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər