Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir - FOTO


Bakıda “Sıfıra doğru” şüarı altında "Sənaye Təhlükəsizliyi Zirvəsi" adlı tədbir keçirilir.

Sizinxeber.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə təşkil olunub.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə tətbiq edilən müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir.

Tədbirin açılış mərasimində ekilogiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış edərək tədbirin keçirilməsinin zəruri olduğunu vurğulayıb: “Dövlət-ictimai sektor əməkdaşlığının gücləndirilməsi, istehsal müəssisələrində ekoloji standartlara riayət edilməsi və innovativ texnologiyaların tətbiqi davamlı inkişafın təmin edilməsində həlledici rol oynayır. İnnovativ texnologiyaların tətbiqi bu prosesin mühüm tərkib hissəsidir. Xüsusən, sənaye müəssisələrində müasir texnologiyaların istifadəsi istehsal proseslərində enerjiyə qənaət etməklə yanaşı, ekoloji risklərin azaldılmasına və qəza hallarının qarşısının alınmasına imkan yaradır”.

Tədbirdə millət vəkili, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai qeyd edib ki, ölkəmizdə COP29-dan öncə təlimlər təşkil edilib: “Biz COP29 tədbirindən öncə özəl sektorlar üçün tədbirlər təşkil etdik. 11 şirkət COP29-a qoşulmaq üçün bəyanat imzaladı. Həmçinin logistika, tikinti şirkətləri ölkəmizdə keçirilən COP29-a böyük töhfə verdi. Tədbirin adı “Sıfıra doğru” olaraq düzgün seçilib. Biz bu gün bu tədbirləri dəstəkləyirik. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizə olan rəğbətin nəticəsidir”.

Daha sonra tədbirin birinci paneli başlayıb.

Birinci paneldə innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə edilib.

Paneldə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanda keçirilən COP29 tədbirindən danışıb və bu tədbirin uğurlu olmasına töhfə verən tələbə könüllülərə də təşəkkür edib.

Azərbaycan Texniki Univetsitetinin rektoru Vilayət Vəliyev tədbirin əhəmiyyətindən söz açaraq bu tədbirin mütamadi olaraq keçirilməsinin vacibliyini qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov bildirib ki, ətraf mühitə dəyən ziyanın, həmçinin bədbəxt hadisələrin sıfıra endirilməsi mühüm məqamdır: “Bədbəxt hadisələrin baş verməsinin əsas səbəbi insan faktorudur. Bunlar insanların məsuliyyətsizliyi və ya məlumatsızlığı səbəbindən baş verir. Bu sahədə maarifləndirmə işləri aparırlır”.

Tədbirin ikinci panelində isə müxtəlif sənaye liderlərinin “TEDx” formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə ediləcək. Sonda isə təltifetmə mərasimi olacaq.

Oxşar xəbərlər

“Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Modul Elektrik Stansiyasında seminar-müşavirə və təlim keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibb müəssisələrinin əməkdaşları radiasiya təhlükəsizliyi sahəsində maarifləndirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər