

Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir
Bakıda “Sıfıra doğru” şüarı altında Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə özəl və dövlət müəssisələrinin nümayəndələri, icraçı direktorlar, şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarları sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələri müzakirə edərək fikir mübadiləsi aparırlar.
Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, sənaye təhlükəsizliyini artırmaq və qabaqcıl həllərlə iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə ediləcək.
Tədbirin ikinci paneli isə müxtəlif sənaye liderlərinin “TEDx” formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə edərək, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyaları və əməkdaşlığını gücləndirməkdəki rolunu vurğulayacaq.
Sonda isə “HSE Awards” təltifetmə mərasimi baş tutacaq.
Qeyd edək ki, tədbir Fövqəladə Hallar Nazirliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Oxşar xəbərlər
Bakıda "Sənaye dekarbonizasiyası üçün Qlobal Uyğunlaşdırma Platformasının (GMP) işə salınması" adlı tədbir keçirilib
Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Mikayıl Cabbarov: “Yaşıl iqtisadiyyat”ın inkişafı ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb”
Bu gün Azərbaycanda COP29-a start verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
