Naxçıvan Modul Elektrik Stansiyasında seminar-müşavirə və təlim keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Modul Elektrik Stansiyasında “Fövqəladə hallarda fəaliyyəti zəruri olan energetika obyektlərində fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə və təlim keçirib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, tədbirin keçirilməsində məqsəd təhlükə potensiallı obyektlərdə insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələrə qarşı tədbirlər görmək, işçilərə fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydalarını öyrətmək, eləcə də energetika obyektlərində baş verən yanğınların qarşısının alınması və söndürülməsi işini təşkil edilməsində fəaliyyət göstərən idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin fəaliyyətini əlaqələndirməkdən ibarət olub.
Əvvəlcə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış və yanğın təhlükəsi qaydaları barədə ətraflı məlumat verilib.
Sonra Naxçıvan Modul Elektrik Stansiyasında Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsi ilə birgə fövqəladə hadisələr zamanı “zərərçəkən” insanlar xilas edilib, onlara ilk tibbi yardımın göstərilib və stansiyada baş verən “yanğınlar” könüllü yanğın dəstələri ilə birgə söndürülüb.
Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda yanğın-taktiki təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərsun" Sənaye Parkında təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələnin sel təhlükəli kəndlərində tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












