DYP: Qeydiyyat nişanlarının təmiz saxlanılmaması məsuliyyət yaradır
sizinxeber.az xəbər saytı

DYP: Qeydiyyat nişanlarının təmiz saxlanılmaması məsuliyyət yaradır


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

Son günlər müşahidə olunan yağmurlu hava şəraiti ilə əlaqədar avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır. Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir ki, bu da xoşagəlməz nəticələrə səbəb olur.

Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq".

Oxşar xəbərlər

DYP-dən sürücülərə: Bu qətiyyən yolverilməzdir!
Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib
DYP bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib
DYP hava şəraiti ilə bağlı müraciət edib
Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər