Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub
sizinxeber.az xəbər saytı

Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Sizinxeber.az-nın bölgə müxbiri xəbər verir ki, müraciətdə bildirilib ki, hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib ki, bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar.

Oxşar xəbərlər

DYP hava şəraiti ilə bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər