Sahil Babayev Qax rayonunda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Sahil Babayev Qax rayonunda vətəndaşları qəbul edəcək


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev oktyabrın 18-də Qax rayonunda Qax və Zaqatala rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 9 - 11 oktyabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Oxşar xəbərlər

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle