Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir
“Dünənki plenar iclasda qeyd etdiyim kimi, 2024-cü il iqlim böhranı ili kimi müəyyən edilib”.
Sizinxeber.az xəbər verir ki, bunu "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta deyib.
O bildirib ki, iqlim böhranı dünyanı narahat edən əsas məsələlərdən biridir: “Biz burada danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir. Tullantıları azaltmaq üçün təcili addımlar atmaqla yanaşı, iqlim fəlakətlərinə reaksiyamızı da gücləndirməliyik və gələcək ekstremal hava şəraitinə qarşı işlər görməliyik”.
O həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə bu böhranı idarə etmək və uyğunlaşdırmaq üçün dəstək olmalıyıq: “Maliyyə dəstəyi iqlim fəaliyyətində ən kritik məsələdir”.
Oxşar xəbərlər
Yaşıl İqlim Fondu bu il iqlim maliyyəsinə 50 milyon dollar vəsait ayırmaq istəyir
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Baş danışıqçı COP29-da iştirak edəcək tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb
Muxtar Babayev: Bütün mənbələrdən iqlim maliyyələşdirməsini genişləndirməyə çalışmalıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
