Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib
sizinxeber.az xəbər saytı

Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib


Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində hüquqi yardım aksiyası təşkil edilib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəkillər tərəfindən probasiya qeydiyyatında olan 40-a yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.

Qeyd edək ki, Probasiya xidməti və Hüquqi Yardım Mərkəzi tərəfindən xidmətin yerli qurumlarının qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə bu yaxınlarda imzalanmış Tədbirlər Planına əsasən bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.

Oxşar xəbərlər

Azərbaycanla Gürcüstan arasında probasiya sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər