Neft Daşlarında dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA - VİDEO
Ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 27-si saat 10:00-a olan məlumatına əsasən, səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan, Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm, Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.
Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanda dağlıq rayonlara qar yağıb – FAKTİKİ HAVA
Ölkənin şimal rayonlarına qar yağıb – FAKTİKİ HAVA
Bir sıra rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB 3
Neft Daşlarında dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
