Nazir müavini: Peşə hazırlığına cəlb edilmiş şəxslərin işlə təmin olunması 75%-ə yaxınlaşıb
2030-cu ilə qədər Məşğulluq Strategiyası təsdiq olunub.
APA xəbər verir ki, bunu Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib
“Peşə hazırlığı proqramları bizim üçün ən cəlbedici proqramdır. 10 peşə hazırlığı müəssisəsinin yaradılması nəzərdə tutulub. 2021-ci ildən peşə hazırlığı tədbirlərinə başlanılıb. İl ərzində 15 000 şəxsin peşə hazırlığı səviyyəsinə çatmasına nail olmuşuq. Həmin şəxslərin işə düzəlməsi 75 faizə yaxınlaşıb”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir:
“Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyi planlaşdırırıq”.
Oxşar xəbərlər
Daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
DMA daha 600 şəxs üçün peşə kursları təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












