Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb
sizinxeber.az xəbər saytı

Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində paytaxt və regionlarda 250-dən çox işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.

Onlardan 154-ü istehsal-xidmət, 100-ə yaxını isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, olara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Oxşar xəbərlər

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər