Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
sizinxeber.az xəbər saytı

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı işləri davam etdirilir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, son bir həftədə Bakı və ölkəmizin regionlarında 600-dək işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.

Verilmiş aktivlər hesabına həmin şəxslər üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqların öyrədildiyi təlimlər təşkil olunur. Təlimlərdən sonra onlar biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Oxşar xəbərlər

Füzulidə növbəti əmək yarmarkası təşkil edilib
Bu il 100 uşaq övladlığa verilib, 139-u isə ailələrinə qaytarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər