Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub
sizinxeber.az xəbər saytı

Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələrinin üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək davam etdirilir.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən bir həftə ərzində daha 36 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub. Biznes planlarına uyğun olaraq onlara dönərxana, PVC qapı və pəncərə istehsalı, kiçik dərzi sexi, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, avtoyağlama xidmətləri kimi istiqamətlər üzrə öz işlərini qurmaları üçün zəruri avadanlıqlar verilib.

Qeyd edilib ki, bu il proqram çərçivəsində artıq 1291 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub.

Oxşar xəbərlər

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə xidmət göstərilən müharibə iştirakçılarının sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər