Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri - İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov ilə görüş keçirib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə mentorluq proqramı çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb və qaliblərin liderlik potensiallarının inkişaf etdirilməsi üçün tövsiyələr verilib.
Nazir mentiləri ilə birlikdə hazırladıqları layihə ətrafında müzakirə aparıb, qaliblərin təkliflərini dinləyib. Növbəti görüşdə layihənin gedişatına dair atılan addımların nəzərdən keçiriləcəyini bildirib.
Qeyd edilib ki, S.Babayev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovun mentorudur.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahil Babayev: Azərbaycan və Serbiya arasında dayanıqlı bünövrəyə əsaslanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












