DOST RİM ABŞ-də keçirilən müsabiqədə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-də keçirilən “2024 Stevie®️ Awards for Technology Excellence” müsabiqəsində növbəti uğuruna imza atıb.
Bu barədə Sizinxeber.az-ya Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərkəzin sosial sahədə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində gördüyü işlər və əldə etdiyi nailiyyətlər münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
Beləliklə, DOST RİM 20-dən çox ölkədən 600-dən artıq layihənin təqdim edildiyi müsabiqədə “Dövlət Texnologiyaları” kateqoriyası üzrə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb və müsabiqənin saytındakı qaliblər siyahısında yer alıb (https://stevies-tech.secure-platform.com/site/page/the-awards/2024-stevie-winners)
Qeyd edilib ki, “Stevie®️ Awards” müsabiqəsi 2002-ci ildə təsis edilib və texnologiya sahəsində yüksək standartları, mükəmməlliyi təşviq etmək və texnologiyanın gələcəyini formalaşdıran fərdləri, komandaları və qurumları üzə çıxararaq beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.
Məryəm Surxay
Oxşar xəbərlər
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb
DSMF Böyük Britaniyada mükafata layiq görülüb
Övladlığagötürmə üzrə e-sistem “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
