

Mina təhlükəsi ilə bağlı Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə olunub
Mina və partlamamış hərbi sursat təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin növbəti səfəri Vyetnam Sosialist Respublikasına baş tutub.
APA ANAMA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang Tri Minatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.
Qeyd edilib ki, Vyetnam mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.
Mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə tərəfdaşlığın genişləndirilməsi, əldə edilən yeniliklərin minatəmizləmə fəaliyyətində tətbiqi Agentlik üçün xüsusi önəm daşıyır.
Görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndə heyəti ölkəmizdə mövcud mina və müharibənin digər partlayıcı qalıqları problemini gündəmə gətirərək, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilən metodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçirilən təlimlər barədə məlumat verib.
Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləri Kamboca Krallığına səfər çərçivəsində davam edəcək.
Oxşar xəbərlər
Finlandiyanın sabiq müdafiə naziri ilə Azərbaycanda mina problemi müzakirə olunub
Füzulidə sursat partlayıb, yaralanan var
ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib
Azad edilmiş ərazilərdə ötən ay 649 mina, 3079 PHS aşkarlanıb
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
