Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verilib - FOTO
20-ci sahə yaşayış massivi, Salyan yolu dalan 4 ünvanında 800-dən çox sakinin yaşadığı ərazini əhatə edən yaşıl məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Sizinxeber.az xəbər verir ki, sakinlərin istək və maraqları nəzərə alınaraq, abadlaşdırılan yaşıl məhəllədə bütün yaş qruplarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman qurğuları və oturacaqlar quraşdırılıb.
Eyni zamanda, ərazidə mövcud yaşıllıqlar bərpa olunub, 1000-dən çox müxtəlif növ ağaclar və dekorativ kollar əkilib, 500 kv.m. ərazidə yaşıllıq zolağı salınıb.
Sakinlər rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Səbail rayonu ərazisində bir sıra həyətlərdə abadlıq işlərinin aparılması, mövcud yaşıllıqların bərpa edilməsi, yeni parklar və yaşıllıq zolaqlarının yaradılması, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə əyləncə qurğuları yerləşdirilməsi və idman alətlərindən ibarət meydançaların salınması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Bu istiqamətdə aparılan abadlıq işlərinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev “Xəqani” bağında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
Səbailda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












