Bu ilin ilk yarısında pensiya ödənişlərinə yönəldilən məbləğin həcmi açıqlanıb
sizinxeber.az xəbər saytı

Bu ilin ilk yarısında pensiya ödənişlərinə yönəldilən məbləğin həcmi açıqlanıb


Cari ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (456 mln. manat) çox olmaqla 3 mlrd. 775 mln. manat vəsait yönəldilib.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.


Bildirilib ki, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.


Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13 faiz artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği 525 manat təşkil edib.


Bu ilin 7 ayında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 127 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Oxşar xəbərlər

Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyul ayı ərzində 23 mindən çox pensiya, müavinət təyinatı proaktiv qaydada aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay yaşa görə pensiya alanların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSMF: Ötən ay sosial yardımlar üzrə əhaliyə 734,3 milyon manatdan çox vəsait ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər