Magyar: Ukrayna Zakarpatiyadakı macar azlığın hüquqlarını bərpa etməyə razılaşıb
sizinxeber.az xəbər saytı

Magyar: Ukrayna Zakarpatiyadakı macar azlığın hüquqlarını bərpa etməyə razılaşıb


Macarıstanın Baş naziri Peter Magyar Ukrayna ilə Zakarpatiyadakı macar azlığın hüquqlarının genişləndirilməsi barədə razılıq əldə olunduğunu bildirib.

Sizinxeber.az xəbər verir ki, hökümət başçısı bu barədə "Facebook" hesabında yazıb.

Magyarın sözlərinə görə, razılaşma dil, təhsil, mədəniyyət və siyasi hüquqların genişləndirilməsini nəzərdə tutur.

Baş nazir qeyd edib ki, bu irəliləyiş Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarının başlanmasına yol aça bilər.

O əlavə edib ki, Budapeşt sürətləndirilmiş üzvlük prosesini dəstəkləməsə də, Kiyev öhdəliklərini yerinə yetirərsə, ilk danışıqlar klasterinin açılmasına razılıq verilə bilər.

Oxşar xəbərlər

Peter Magyar Zelenski ilə görüşməyi planlaşdırır
Budapeşt və Kiyev macar etnik azlığının hüquqları ilə bağlı hərtərəfli razılığa gəlib
Magyar: Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir
Magyar bu tarixdə and içəcək
Macarıstanın Baş naziri: Avropa Rusiya ilə strateji saziş imzalamalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər