Tramp: ABŞ və İran bombalanmış nüvə obyektlərindən uranın birlikdə çıxarılması barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ və İran bombalanmış nüvə obyektlərindən uranın birlikdə çıxarılması barədə razılığa gəlib


Vaşinqton və Tehran arasındakı ilkin razılaşmaya İranın bombardmana məruz qalmış nüvə obyektlərində uranın birgə çıxarılması daxildir.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Hazırkı məqamda bizim yaxın gələcəkdə buna başlayacağımız güman edilir. İndi bunu onlarla birlikdə həyata keçirəcəyimizə dair razılaşma əldə olunub", - o dəqiqləşdirib.

Trampın sözlərinə görə, Vaşinqtonla müzakirə edilən sövdələşmə çərçivəsində Tehran təkcə nüvə silahı yaratmaqdan deyil, həm də onu əldə etməkdən imtina etməyə razılıq verib.

"Onlar buna razılıq veriblər. Başqa sözlə, əgər onlar sazişi imzalayarlarsa, nüvə silahına və ya nüvə bombasına sahib olmamaq, onların hazırlanması ilə məşğul olmamaq və onları əldə etməmək öhdəliyini qəbul edəcəklər", - Ağ Ev rəhbəri iddia edib.

O əlavə edib ki, Vaşinqton və Tehran "nəzəri olaraq sazişi imzalamağa yaxındırlar".

Oxşar xəbərlər

Tramp: Vaşinqton və Tehran uranın çıxarılması prosesini birgə həyata keçirə bilər
Tramp: İran nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb
Tramp: İran uranın zənginləşdirilməsindən imtina etməyib
Vaşinqton İranın uranın zənginləşdirilməsinin qəti əleyhinədir
Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu iddia edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər