FHN-in Cənub Regional Mərkəzi zona birinciliyi keçirib
sizinxeber.az xəbər saytı

FHN-in Cənub Regional Mərkəzi zona birinciliyi keçirib


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Cənub Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəb I yerə, Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəb II yerə, Lerik rayonu E.Səfərov adına Çayrud kənd tam orta məktəbi isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Oxşar xəbərlər

Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib - VİDEO
FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle