Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
Uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:00-dan 13 sentyabr 2024-cü il tarixinə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində Bakı və Gəncə şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
Əlavə olaraq qeyd edirik ki, 1 avqust 2024-cü il saat 11:00-dan etibarən isə uşaqların rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbuluna start veriləcək.
Oxşar xəbərlər
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MİQ üzrə şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












