Bu il özünüməşğulluq proqramı üzrə 950-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası cari ildə də uğurla davam edir.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 950-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub:
"Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər".
Oxşar xəbərlər
Son bir həftədə 800-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb
Azad olunan ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Son bir ayda 945 şəxs üçün kiçik təsərrüfatlar qurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
