Almaniyalı nazir: "Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır"
Dünayada plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır.
"Report" xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, plastiklər qlobal istixana qazı emissiyalarının təxminən 4 %-ni təşkil edir: "Əsrin sonuna qədər plastik istehsalı iki, hətta üç dəfə arta bilər. Bu o deməkdir ki, emissiyalar artmaqda davam edəcək. Yəni, bu sürətlə plastik istehsal və istifadə etməyə, artırmağa davam etsək, iqlim hədəflərimizə çatmayacağıq. Biz plastik istehsalını tez və əhəmiyyətli dərəcədə azaltmalıyıq. Məsələ yalnız plastikləri kağızdan hazırlanan birdəfəlik məhsullarla əvəz etmək deyil. Kağız istehsalı da çoxlu enerji və qiymətli ağac tələb edir. Həll yolu daha az qablaşdırma və ən əsası təkrar istifadə edilə bilən qablaşdırmadır. Bu, tullantıları azaldır və qiymətli resurslara qənaət edir".
Qonaq əlavə edib ki, resurs istehlakını azaltmağın vaxtıdır: "Çünki xammalın çıxarılması və istifadəsi çoxlu su sərf edir, bitkiləri, heyvanları və yaşayış yerlərini məhv edir. Onlar böyük istixana qazı emissiyalarına səbəb olurlar. Buna görə də dairəvi iqtisadiyyat iqlim dəyişikliyi ilə mübarizə səylərində daha böyük rol oynamalıdır".
Oxşar xəbərlər
Nazir müavini: Hər il dünyada yaranan milyonlarla ton plastik tullantı təbiətə atılır
Dünyada ən çox plastik zibil olan ölkə müəyyən edilib
Plastik maddələrin geniş yayılmış növünü təkmilləşdirməyin yolu tapılıb
Sement, metal və plastik istehsalının dairəvi iqtisadiyyata keçirilməsi 2050-ci ilə qədər dünyada istixana qazı emissiyalarını 40 % azaldacaq
Azərbaycanda plastik məmulatların istehsalına güzəştli kredit ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













