Türkiyə Ali Məhkəməsinin prokuroru: Azərbaycanla təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk - FOTO
Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Ahmet Gökay Aktaş Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, qanunun aliliyi, əsas hüquq və azadlıqların təminatı, hakimiyyət bölgüsü kimi prinsiplər müasir konstitusiyaların əsasını təşkil edir:
"Konstitusiyanın 30 illik yubileyi təkcə Azərbaycan üçün deyil, dost və qardaş ölkələr kimi bizim üçün də mənalı və qürurverici bir hadisədir.
Türkiyə Cümhuriyyəti Prokurorluğu olaraq dost ölkələrin, xüsusilə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Ortaq hüquq mədəniyyətimiz, oxşar konstitusiya yanaşmalarımız, qarşılıqlı etimad bu əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır”.
Oxşar xəbərlər
Türkiyə Ali Məhkəməsinin prokuroru: Azərbaycanla bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk
Baş prokuror: Azərbaycanın ilk Konstitusiyasının qəbulu Heydər Əliyevin adı ilə bağlıdır
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib
Xüsusi nümayəndə: Laçına indiyədək 3516 nəfər köçürülüb
Moldovanın baş prokuroru: Azərbaycanla əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












