Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib
Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüb. Görüşlərdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları iştirak ediblər.
Bu barədə Sizinxeber.az-ya Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs ediblər.
Daha sonra hərbi qulluqçuların qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Hərbçilərin məişət və xidmət şəraiti ilə bağlı məsələləri, həmçinin qayğı və problemləri dinlənilib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Hərbi prokuror bayram günləri sərhədlərdə olub
Bəhruz Əhmədov hərbi qulluqçularla görüşüb
Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçirib
Hərbi Prokurorluq DSX ilə birgə tədbir keçirib
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüblər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













