Ədliyyə naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov avqustun 8-də Ağsu şəhərində Ağsu, İsmayıllı,Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edəcək.
Bu barədə Sizinxeber.az-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 7 avqust tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu: +994 020-274-13-10; +994 020-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Oxşar xəbərlər
Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Astarada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
