Övladına işgəncə verən ana saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
Azyaşlı övladına işgəncə verən ana saxlanılıb.
Bu barədə "Sizinxeber.az"a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
Bu barədə “Sizinxeber.az”a Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan məlumat verilib.
Bildirilib ki, azyaşlı hüquq-mühafizə orqanları ilə komissiyanın birgə qərarı əsasında sığınacağa yerləşdirilib:
"Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hadisə barədə Suraxanı Rayon Prokurorluğuna da məlumat verilib".
Eyni zamanda qeyd olunub ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.
Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.
Oxşar xəbərlər
Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib
Azyaşlıya zorakılıq göstərən anası saxlanılıb, cinayət işi açılıb
Anasının işgəncə verdiyi azyaşlıya qəyyum təyini üçün müraciət olunacaq
Bakıda azyaşlı uşağa işgəncə verən atalığı həbs edilib
Yeniyetməni 37 yaşlı kişiyə ərə verirdilər, qarşısı alındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












