Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib
sizinxeber.az xəbər saytı

Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib


Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.

Bu barədə “Report”a Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan məlumat verilib.

Bildirilib ki, azyaşlı hüquq-mühafizə orqanları ilə komissiyanın birgə qərarı əsasında sığınacağa yerləşdirilib:

"Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hadisə barədə Suraxanı Rayon Prokurorluğuna da məlumat verilib".

Eyni zamanda qeyd olunub ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Oxşar xəbərlər

Yeniyetməni 37 yaşlı kişiyə ərə verirdilər, qarşısı alındı
Xudatda azyaşlı döyülüb, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Bakıda öz övladını sosial şəbəkədə satışa çıxaran ananın azyaşlı uşağı əlindən alınıb
Cəlilabadda küçədə yaşayan dörd azyaşlı uşaq sığınacağına verilib
Bakıda kişinin azyaşlı övladı və özünü öldürməsi faktı ilə bağlı cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər