SOCAR: Təbii qazsız əlçatan enerji keçidi mümkün olmayacaq
sizinxeber.az xəbər saytı

SOCAR: Təbii qazsız əlçatan enerji keçidi mümkün olmayacaq


Təbii qaz olmasa əlçatan enerji keçidi mümkün olmayacaq.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edərkən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, 2035-ci ildə SOCAR qazla işləyən qarışıq portfelə (bərpa olunan enerji daxil olmaqla - red.) malik enerji şirkətinə çevriləcək.

"Qaz olmasa, biz ədalətli, sərfəli, ən əsası təmiz enerjiyə keçidi təmin edə bilməyəcəyik. Bu sadəcə mümkün deyil", - Əfqan İsayev qeyd edib.

O bildirib ki, SOCAR-ın hazırda təşviq etdiyi aşağı karbonlu bizneslərdən biri də bərpa olunan enerji istehsalıdır.

"Keçən ilin mart ayında biz “SOCAR Green” MMC-ni yaratdıq. Bu, bizim tam sahibi olduğumuz törəmə müəssisəmizdir. O, SOCAR-da bərpa olunan enerji portfelinin inkişafına cavabdehdir", - Əfqan İsayev vurğulayıb.

Onun sözlərinə görə, "SOCAR Green" Azərbaycanda 2030-cu ilə qədər quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin payını 30% hədəfinə çatmaqda ölkənin bütün səylərində fəal iştirak edir.

Oxşar xəbərlər

SOCAR: Qonşu ölkələrə Xəzərdə yaşıl enerji sahəsində ortaq konsorsiumların yaradılmasını təklif edirik
SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır
 “SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb
“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər