"Şahdəniz"də tikiləcək yeni platforma 2029-cu ildə istismara veriləcək
sizinxeber.az xəbər saytı

"Şahdəniz"də tikiləcək yeni platforma 2029-cu ildə istismara veriləcək


"Şahdəniz Kompressiya" layihəsi ("Şahdəniz" yatağında kompressor platformasının tikintisi) üzrə bu ilin ortalarına yekun investisiya qərarı qəbul ediləcək.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, layihə üzrə gələn il tikintiyə başlamaq və 2029-cu ildə platformanı istismara vermək planlaşdırılır.

"Bütün bunlar Şahdəniz" yatağında ən yüksək sabit hasilat dövrünün bu onillikdən sonrakı illərə də uzanmasına kömək edəcək", - Mətt Kirkham qeyd edib

O əlavə edib ki, platforma elə layihələndirilib ki, o, daimi heyət olmadan məsafədən idarə olunacaq və bütövlüklə elektrik enerjisi ilə işləyəcək. Gələcəkdə bu platforma Şahdəniz Bravonun elektrik enerjisi ilə təchiz olunmasına da xidmət edəcək.

"Və nəhayət, yataqdakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq. Layihə hazırda Müəyyənləşdirilmə mərhələsindədir", - BP nümayəndəsi vurğulayıb.

Oxşar xəbərlər

BP 2029-cu ilə qədər “Şahdəniz”də yeni platforma istismara vermək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şahdəniz"də yeni platforma tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şahdəniz"də yeni layihə üzrə investisiya qərarı bu ilin sonunda qəbul olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şahdəniz"də yeni layihə üzrə investisiya qərarı ilin sonunda qəbul olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
TAP-ın daha da genişləndirilməsi barədə qərar gələn il qəbul ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər