TAP-ın daha da genişləndirilməsi barədə qərar gələn il qəbul ediləcək
sizinxeber.az xəbər saytı

TAP-ın daha da genişləndirilməsi barədə qərar gələn il qəbul ediləcək


Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin daha da artırılması ilə bağlı yekun investisiya qərarın 2026-cı ilin yanvarında qəbul edilməsi gözlənilir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində keçirilən plenar sessiya zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, genişləndirmənin birinci mərhələsi TAP-ın ötürmə qabiliyyətini ildə 1,2 milyard kubmetr artıracaq və kommersiya istismarına başlaması 2026-cı ilin dekabr ayına planlaşdırılır.

Elşad Nəsirov onu da qeyd edib ki, 2023-cü ildə keçirilmiş bazar sınaqlarının nəticələrinə əsasən TAP-ın daha da genişləndirilməsi imkanları da nəzərdən keçirilir. Tenderdə iştirak üçün ərizələrin qəbulu 2025-ci ilin dekabrında başa çatacaq, bundan sonra yekun qərarın 2026-cı ilin yanvarında qəbul edilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orxan Zeynalov: “SCG-nin genişləndirilməsi üçün Aİ-nin dəstəyi son dərəcə vacibdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər