Orxan Zeynalov: “SCG-nin genişləndirilməsi üçün Aİ-nin dəstəyi son dərəcə vacibdir” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
15:00

Orxan Zeynalov: “SCG-nin genişləndirilməsi üçün Aİ-nin dəstəyi son dərəcə vacibdir”

04 apr, 2025
15:00
946

Orxan Zeynalov: “SCG-nin genişləndirilməsi üçün Aİ-nin dəstəyi son dərəcə vacibdir”

Cənub Qaz Dəhlizinin (SCG) genişləndirilməsi üçün investisiyalar və maliyyə dəstəyi həlledici əhəmiyyətə malikdir.

“Sizinxeber.az” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan Avropaya təxminən 13 milyard kubmetr təbii qaz ixrac edib, bu, 2023-cü illə müqayisədə 9,5 % çoxdur. Hazırda Azərbaycan qazı 10-u Avropa ölkəsi olmaqla 12 ölkəyə tədarük edilir.

Nazir müavini qeyd edib ki, ötən il Trans-Anadolu Qaz Kəmərinin (TANAP) ötürmə qabiliyyətinin 1,2 milyard kubmetr artırılmasını nəzərdə tutan genişləndirmənin birinci mərhələsi təsdiqlənib. "Genişləndirmənin 2026-cı ilə qədər reallaşacağı gözlənilir. Bizim bir neçə perspektivli və zəngin təbii qaz yataqlarımız var. Biz tədarük həcmlərini artırmağa hazırıq və buna qadirik, lakin mövcud infrastruktur buna imkan vermir. Lazımi investisiyalar və hasilata müvafiq hazırlıq olduqda, Avropa üçün son dərəcə vacib olan əlavə qaz həcmlərinin çıxarılması mümkündür", - o vurğulayıb.

O.Zeynalov xatırladıb ki, 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanmış Anlaşma Memorandumu 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin ildə ən azı 20 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdə tutur.

"Memorandumun infrastruktur və aktivlərə həsr olunmuş 4-cü fəslində aydın şəkildə qeyd edilir: Aİ-yə qaz ixracının həcminin daha da artırılması SCG-nin bütün qaz kəmərləri şəbəkəsinin inkişafına böyük məbləğdə investisiya qoyuluşu tələb edir. Bu kontekstdə Avropa İttifaqının dəstəyi son dərəcə vacib olaraq qalır. Bundan əlavə, Azərbaycan və Avropa istehlakçıları arasında maliyyə zəmanətləri və dəstəyi ilə müşayiət olunan uzunmüddətli müqavilələrin bağlanması genişləndirmənin uğurla həyata keçirilməsi üçün əsas amil olacaq", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın