Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirildi, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olundu. Elektrik enerjisinin ixracı məsələsinə toxunuldu, bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulandı.

Bu gün “AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edildi, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirildi.

11:52

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: "Azərbaycan meqa təşəbbüslərin həyata keçirilməsinə başlayır" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər