Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib


Azərbaycan energetika naziri Pərviz Şahbazov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, tərəflər həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.

“Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, Yaşıl Enerji Dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda qeyd olunur.

Oxşar xəbərlər

Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siyarto İstanbulda Azərbaycanın energetika naziri ilə Avropanın enerji təhlükəsizliyi məsələsini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Macarıstan enerji əməkdaşlığını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər