Azərbaycan və Macarıstan enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Macarıstan arasında regional səviyyəli yaşıl enerji layihəsinin strateji tərəfdaşlıq əlaqələri, eləcə də Avropada enerji təhlükəsizliyini möhkəmləndirən və enerji əməkdaşlığını genişləndirən rolu müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə Rumıniyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə bildirilib.
Görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 8-ci görüşünün nəticələrinə, Birgə Müəssisənin fəaliyyətinə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi istiqamətində digər zəruri məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə ikitərəfli enerji əlaqələrinin gündəliyindəki məsələlərə də toxunulub. Macarıstanın “MOL Group” və MVM şirkətləri ilə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
Söhbət zamanı COP29 tədbirinin Fəaliyyət Gündəliyinin enerji istiqamətindən də bəhs edilib.
Azərbaycan və Macarıstanın arasında ikitərəfli və regional səviyyəli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.
“Report” xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olan energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb: “Yaşıl enerji dəhlizi üzrə Birgə Müəssisənin gələcək fəaliyyətini, neft-qaz layihələri və qaz tədarükü üzrə əməkdaşlığımızın cari vəziyyətini və perspektivləri nəzərdən keçirdik”.
Oxşar xəbərlər
"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək
Peter Siyarto: “Black Sea Energy” layihəsi sürətlə praktiki icra mərhələsinə doğru irəliləyir"
Azərbaycan 3 ölkə ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edib
Siyarto Qara dəniz sualtı kabel layihəsinin geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşdığını bildirib
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













