Energetika nazirinin müavini: Tarif həssas məsələdir, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var
Tarif həssas məsələdir, burada sosial sazişə, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var.
APA xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
Elnur Soltanov bildirib ki, tariflər müəyyən həddin üzərində olmalıdır: “Tariflər aşağıdırsa, bu səmərəliliyi qarşılamaz. Ona görə optimal qərarlar verilməlidir. 97 % qazlaşma bir az anormal rəqəmdir. Avropada bu rəqəmin olmaması normaldır. Avropada dağ kəndinə qaz çəkilməsinin maliyyəti o qədər çoxdur ki, kəndi daha münbit əraziyə köçürmək daha az xərc tələb edir. Azərbaycanda satılan qaza qənaət edilib, Avropa bazarına çıxarılarsa, satılarsa, daha çox səmərə gətirə bilər. Cəmiyyət səmimi müzakirələrə hazır olmalıdır”.
Nazir müavini qeyd edib ki, xərc əsasında tarif metodologiyası hazırlanıb: “Azərişıq”, “Azərqaz” və “Azərenerji”-nin bütün xərcləri toplanıb tarifdə öz əksini tapmalıdır. Elektrik enerjisində bütün dünyada ötürmə monopoliyadır, bunun başqa yolu yoxdur. Generasiya artıq dünya ölkələrində özəlləşdirilib, bu istiqamətdə də bizdə də iş gedir. Qanunumuz bizə diktə edir ki, elektrik enerjisində özəlləşdirməyə gedək. Qazda bu, bir az çətin olacaq. Çünki qazda istehsalçı birdir”.
Oxşar xəbərlər
Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: "Mingəçevir İES-də qənaət ediləcək qaz "Abşeron" yatağından hasilata bərabərdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycanda binaların izolyasiyasızlığı nəticəsində çox ciddi enerji itiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: “Təmiz enerji” ilə yemək hazırlanması həssas təbəqələri qoruyacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Soltanov: Yeni yaşıl enerji dəhlizləri yaradırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












