Azərbaycanda hidrogenin istehsalı üzrə üç ssenari açıqlanıb
Hazırda Azərbaycanın hidrogen istehsalı və istehlakı qlobal tələbatın 0,5%-dən azını təşkil edir.
Bu barədə “Sizinxeber.az-Economics” Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dərc olunmuş Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinə istinadən xəbər verir.
Qeyd olunub ki, sənəd Azərbaycan Energetika Nazirliyi adındən və onunla əməkdaşlıq əsasında EBRD və “Worley Consulting Group Limited” şirkəti tərəfindən dərc olunub.
Sənədə əsasən, hazırda hidrogenə qlobal illik tələbat təxminən 90 min kiloton təşkil edir və onun əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Belə ki, proqnozlara əsasən, 2030-cu il üçün qeyd olunan göstəricinin 60%, 2050-ci il üçün isə iki dəfə artacağı ehtimal olunur.
“Bu tədarükün 25%-nin beynəlxalq bazarda satılacağı, artan tələbatın isə təmiz hidrogen hesabına ödəniləcəyi gözlənilir”, - sənəddə qeyd olunur.
Bildirilir ki, son istifadəçilərə və “yaşıl” hidrogen ixrac potensialına əsaslanan yaşıl hidrogenin gələcəyi üzrə (istehsal və istehlak – red.) üç ssenari hazırlanıb.
“Ssenarilər Azərbaycanın hidrogenin dekarbonizasiya üçün yerli faydaları ilə onun ixrac dəyəri arasında balanslaşdırma ehtiyacını nəzərə alır. Bu çağırış ölkənin təbii qaza yanaşmasını və hazırda bərpa olunan elektrik enerjisinə yönəlmiş “yaşıl” enerji dəhlizlərinin yaradılmasını əks etdirir”, - sənəddə vurğulanıb.
Belə ki, Balanslaşdırılmış Ssenariyə əsasən 2050-ci il üçün Azərbaycanda illik hidrogen istehsalının 0,5 mln. ton səviyyəsində olacağı proqnozlaşdırılır. Sürətləndirilmiş ssenariyə əsasən ölkədə 2050-ci il üçün 1,1 mln. ton hidrogenin istehsalı ehtimal olunur.
Bununla yanaşı, 2060-cı ilə qədər hesablanan və dəniz texniki imkanlarının daha geniş imkanlarından istifadəni nəzərə alan Ambisiyalı Ssenari də hazırlanıb. Bu ssenariyə əsasən, 2060-cı il üçün Azərbaycanda 1,9 mln. ton hidrogenin istehsal olunacağı proqnozlaşdırılır.
Bütün ssenarilər üçün əsas fərziyyə ondan ibarətdir ki, Azərbaycanda hidrogen və elektrik enerjisi bazarları təbii qaz kimi uzunmüddətli müqavilələr əsasında inkişaf edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda “böz” hidrogen istehsal edilir və neft məhsullarının istehsalı zamanı istifadə olunur.
Boz hidrogen təbii qazdan əldə edilir. Hazırda iqtisadi cəhətdən ən ucuz başa gələn hidrogen növüdür, bu səbəbdən də geniş yayılıb.
Öz növbəsində, yaşıl hidrogen ekoloji cəhətdən ən təmiz hidrogen növüdür. Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadə edilərək suyun elektroliz yolu ilə parçalanmasından alınır.
Oxşar xəbərlər
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə müqavilələr imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Azərbaycan qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qızıla olan qlobal tələbat bu ilin ikinci rübündə 6% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












