Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 562,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 46,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 1 651,5 mln. kubmetr qaz ötürülüb (13,7%-lik azalma olub).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.
Oxşar xəbərlər
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 4%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötən il qazın nəqli 5%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda magistral kəmərlərlə qazın nəqli artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz” qazının ixracı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda magistral qaz kəmərlərində itkilər 58%-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












