Azərbaycanda magistral qaz kəmərlərində itkilər 58%-dən çox azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərlərində 29,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 58,4% azdır.
Dövlət Statistika Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 50,7 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 571,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,5% artım müşahidə olunub. Qaz nəqlinin 56,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 16 802,8 mln. kubmetr qaz ötürülüb (2,34%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur. 2023-cü ildə il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
Oxşar xəbərlər
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
Azərbaycanın qaz kəmərlərindən əldə etdiyi gəlirləri 6%-ə yaxın artıb
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Azərbaycanda magistral kəmərlərlə qazın nəqli artıb
Azərbaycanda neft kəmərlərində bu ilə olan itkilərin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













