Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli 4%-dən çox artıb
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 36 319,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,8% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 57,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 20 786,7 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
Oxşar xəbərlər
Azərbaycanda magistral kəmərlərlə qazın nəqli artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz” qazının ixracı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda magistral qaz kəmərlərində itkilər 58%-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












