Azərbaycanda magistral kəmərlərlə qazın nəqli artıb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 571,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,5% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 56,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 16 802,8 mln. kubmetr qaz ötürülüb (2,34%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
Oxşar xəbərlər
“Şahdəniz” qazının ixracı artıb
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirlər artıb
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
