"OPEC+"a daxil olmayan ölkələrdə bu il üçün neft hasilatı üzrə proqnoz artırılıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-ci il üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.
"Sizinxeber.az-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,28 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz – 54,23 mln. barel), bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 1,11 mln. barel çoxdur.
Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 55,38 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,1 mln. barel çoxdur.
Hesabatda qeyd olunur ki, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,17 mln. barel olub (öncəki proqnoz – 53,12 mln. barel), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,33 mln. barel çoxdur.
Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.
Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Oxşar xəbərlər
“OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“OPEC+” ölkələrində gələn il neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












