OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da sentyabr ayının göstərici ilə müqayisədə 7 min barel azdır.
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan göstərici cari ilin iyul ayında 487 min barel, avqust ayında – 482 min barel, sentyabr ayında isə 489 min barel təşkil edib.
Sənəddə bildirilir ki, bu ilin üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 69 min barel geridə qalıb.
Oxşar xəbərlər
OPEC: Azərbaycan gündəlik neft hasilatını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“OPEC+” ölkələrində gələn il neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda gündəlik neft hasilatı 569 min barel təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












