OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət imkanları müzakirə edilib
Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu arasında dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib.
Bu barədə "Sizinxeber.az-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, nazir Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak etmək məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasında səfərdədir.
İllik Toplantı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirilib.
Görüşdə OPEC Fondu ilə Azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. Regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
Tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.
Oxşar xəbərlər
Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində GECF, OPEC Fondu və GEIDCO rəhbərləri ilə görüşlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












