SİMDNX-nın Şərqi Zəngəzur Regional Bölməsinə rəis və rəis müavini təyin olunub
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib.
"APA-Economics" xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub.
Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib.
O qeyd edib ki, uzun illər işğal altında qalmış, lakin bu gün Azərbaycanın suverenliyi və əzmi ilə yenidən dirçələn ərazilərdə həyata keçirilən hər bir layihə dövlətimizin gələcəyə verdiyi önəmin göstəricisidir.
O, həmçinin vurğulayıb ki, regional bölmənin yaradılması nəzarət və idarəetmə mexanizmlərinin yerli səviyyədə daha səmərəli həyata keçirilməsinə imkan verəcək. Bu isə bütövlükdə Xidmətin fəaliyyət effektivliyini artıracaqdır.
Müvafiq struktur bölmələrin rəhbərləri də çıxış edərək yeni təyinat münasibətilə qurumun fəaliyyətində uğurlar arzulayıblar.
Oxşar xəbərlər
Xaçmazda Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl RPŞ-yə yeni rəis müavini təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanın Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












