Bakı hava limanı vətəndaşlara xəbərdarlıq edib
Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyin və Heydər Əliyev Beynəlxalq Aeroportu bu barədə məlumat yayıb.
Qeyd edilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
"Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir"-məlumatda bildirilib.
Oxşar xəbərlər
MİDA ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqlaması
Bakı hava limanı bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
Dövlət Xidməti: “COP29”la bağlı saxta səhifələrin sayı artıb
Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət edib
Bakı aeroportunda bu il sərnişin axını 33% artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













