Bakı aeroportunda bu il sərnişin axını 33% artıb
Heydər Əliyev Beynəlxalq Aeroportunda 2024-cü ilin ilk 8 ayında sərnişin axınında əhəmiyyətli artım müşahidə olunub.
Aeroportdan “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, yanvar-avqust aylarında 5,038 milyondan çox sərnişinə xidmət göstərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,2% çoxdur. Ötən ilin 8 ayında xidmət göstərilən sərnişinlərin sayı 3,781 milyon nəfər təşkil edib.
2024-cü ilin avqustu hava limanının tarixində ən intensiv ay olub. Bu ay ərzində sərnişin axını 827 min nəfəri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir. Orta hesabla, avqust ayında gündəlik təxminən 26 700 sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, bu artım Bakı aeroportunun infrastrukturunun genişləndirilməsi və sərnişinlərə daha çox reys və istiqamətlərin təklif olunmasının nəticəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq yüksək səviyyəli xidmətin və sərnişinlər üçün rahatlığın təmin edilməsi istiqamətində işlərini davam etdirir.
Oxşar xəbərlər
Bakı hava limanı bu il 4 milyondan çox sərnişinə xidmət göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda taksi istifadəçilərinin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












